Modern.az

Azərbaycansız Avropanın qaz təchizatını təsəvvür etmək mümkün deyil - Nazir

Azərbaycansız Avropanın qaz təchizatını təsəvvür etmək mümkün deyil - Nazir

5 İyun 2024, 14:04

"Macarıstan Azərbaycanın illik hasilat həcmi 30 milyard kubmetr qaz təşkil edən "Şahdəniz" qaz yatağında pay əldə edəcək".

 

Modern.az-ın xəbərinə görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri ilə Bakıda bugünkü mətbuat konfransında deyib.

 

O əlavə edib ki, Azərbaycan olmadan Avropanın qaz təchizatını təsəvvür etmək mümkün deyil:

 

"Azərbaycan Macarıstanın enerji təhlükəsizliyində çox önəmli bir oyunçudur. Bu isə uzunmüddətli sabitliyi təmin edir. Bu il ilk dəfə Macarıstan SOCAR-dan 50 min kubmetr qaz alıb. Eyni zamanda, Macarıstanın Azərbaycanın yaşıl enerji sektoruna yatırdığı investisiyalar 2 milyard dollara çatıb”.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!