Modern.az

"Əli İnsanov azadlığa buraxılacaq" - Vəkil

"Əli İnsanov azadlığa buraxılacaq" - Vəkil

13 Noyabr 2013, 16:39


Noyabrın 15-də Ali Məhkəmədə Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına baxılacaq.
 
İclasın nəticəsi olaraq Əli İnsanovun azadlığa buraxılması istisna edilmir.
 
Keçmiş səhiyyə nazirinin vəkili Toğrul Babayevin AzNews.az-a verdiyi məlumata görə, Əli İnsanov özü pleniumun iclasında iştirak etməyəcək və iclas mətbuat nümayəndələri üçün qapalı olacaq:
 
“Əvvəl də belə düşünürdük, indi də belə düşünürük ki, Əli İnsanov azadlığa buraxılacaq. Başqa cür ola bilməz. İki gündən sonra sabiq nazir azadlıqda olacaq”. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır