Modern.az

Piyada keçidinin təmirinə görə Bakı-Rusiya yolu bağlanır

Piyada keçidinin təmirinə görə Bakı-Rusiya yolu bağlanır

5 İyun 2024, 14:16

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun (M1) 46,9-cu km-də yerləşən yol-nəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində iyunun 6-sı saat 10:00-dan iyunun 7-si saat 11:00-dək təmir işləri aparılacaq.

 

Bu barədə Modern.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Agentlik sürücülərə sözügedən hissədə hərəkətdə olarkən ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələrin tövsiyə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?