Modern.az

Bu dələduzun aldatdığı şəxslər polisə getsinlər

Bu dələduzun aldatdığı şəxslər polisə getsinlər

5 İyun 2024, 14:44

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində elan saytlarında saxta məlumatlar yerləşdirərək, çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini beh adı ilə dələduzluq yolu ilə ələ keçirdiyinə görə saxlanılan Elman Həsənovun digər analoji əməllərinin də üstü açılıb.


Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıbş

Araşdırmalarla onun müxtəlif vaxtlarda daha 4 nəfər şəxsin eyni üsulla 2075, 400 və 3250 manat olmaqla ümumilikdə 5725 manat pullarını dələduzluq yolu ilə hesabına ödətdirməsi də müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Həsənovun qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!