Modern.az

Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn olundu

Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn olundu

Aktual

5 İyun 2024, 14:40

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsaqov Zakir Nüsrət oğlunun meyitinin qalıqları Zərdab rayonuna gətirilib. O, Tərtər şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

 

Modern.az xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Təzəkənd kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Təzəkənd kəndində, anasının məzarı yanında torpağa tapşırılıb, dualar oxunub.

 

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

 

Qeyd edək ki, İsaqov Zakir Nüsrət oğlu Birinci Qarabağ müharibəsində Ağdərə rayonunda itkin düşmüş sayılırdı.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!