Modern.az xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. İclasda Vergi Məcəlləsinə, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında», «Dövlət rüsumu haqqında», «Sosial sığorta haqqında», «Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında» və «Patent haqqında» qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri müzakirə edilib.
İclasda çıxış edən millət vəkili Vahid Əhmədov «Reklam haqqında» qanuna dəyişikliklər edilməsi barədə məsələnin Milli Məclisin plenar iclasına çıxarılmasını təklif edib.
Komitə sədri Ziyad Səmədzadə isə bildirib ki, bu, olduqca vacib qanundur. Komitə sədrinin sözlərinə görə, bu gün «Reklam haqqında» qanun olduqca mühüm əhəmiyyət kəsb edir. «Bu gün televiziyalarda xoşa gəlməyən və Azərbaycan dilinə hörmət edilməyən reklamlar var. Bu məsələlər öz həllini tapmalıdır»-deyə, Z.Səmədzadə sözlərinə əlavə edib.
Modern.az