Modern.az

Rusiya sərhədçiləri Azərbaycanla sərhəddən getdilər

Rusiya sərhədçiləri Azərbaycanla sərhəddən getdilər

5 İyun 2024, 15:18

Rusiya sərhədçiləri Ermənistanın Zəngəzur (Sünik) bölgəsindəki Nerkin Hand kəndini tərk ediblər.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Sünik vilayətinin qubernatoru Robert Hukasyan bildirib.

“44 günlük müharibədən sonra harada yerləşdirilmişdilərsə, ordan getdilər, Nerkin Handı da tərk etdilər, indi rus sərhədçiləri yoxdur”.

O, deyib ki, Sünikdə Rusiya sərhədçilərinin geri çəkilməsindən başqa heç nə baş vermir.

Xatırladaq ki, Nerkin Hand kəndi Azərbaycanla sərhəddə yerləşir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!