Modern.az

Əhliman Əmiraslanov İrana gedən xəstələrdən DANIŞDI: “Bu dəbə minib”

Əhliman Əmiraslanov İrana gedən xəstələrdən DANIŞDI: “Bu dəbə minib”

Parlament

13 Noyabr 2013, 17:54

Milli Məclisin axşam iclasında çıxış edən deputat, Tibb Unversitetinin rektoru Əhliman Əmiraslanov səhiyyə sahəsindəki vəziyyətlə bağlı danışıb. Modern.az bildirir ki, son illər səhiyyəyə ayrılan vəsaitin həcminin artdığını deyən deputat

qeyd edib ki, 2014-cü ildə artım 8,4 faiz gözlənilir.

“Bu gün “Azərbaycan səhiyyəsində inkişaf yoxdur, həkimlərin səviyyəsi aşağıdır, xəstə axını həddindən artyıq çoxdur” demək ədalətsizlikdir. 10 il bundan qabaq xəstəxanalarda vəziyyət necə idi, bu gün necədir. O vaxt edilməyən əməliyyatlar bu gün edilir. Səhiyyəmizdə son illər inkişaf gedir”-deyə deputat bildirib.

Ə.Əmiraslanov bununla yanaşı, problemlərin də olduğunu bildirib.

“Demirəm problemlər yoxdur. Problemlər var və onlar gələcəkdə həllini tapacaq. Ali tibbi təhsildə ciddi islahatlar gedir”.

Akademik xaricə xəstə axını ilə bağlı səslənən iddiaları tənqid edib.

“Bu barədə pafoslu danışan insanlar yəqin ki, xırda problemi olan kimi gedir xaricə. Statistika önu göstərir ki, əhalinin tam əksəriyyəti ölkədə müalicə olunur.

Dünyada tibbi turizm dəbə düşür. Kimsə istəyir ki, başqa ölkədə müalicə olunsun, buna heç kim mane ola bilməz. Dünyanın zəngin insanları bu yola gedir. Bu insanların şəxsi işidir”.

Deputat İrana xəstə axını ilə bağlı KİV-də və ictimai fikirdə olan rəylə razılaşmadığını bildirib: “Müəyyən qrup insan İrana müalicəyə gedirsə, bu o demək deyil ki, ölkəmizdə maddi-texniki baza yoxdur. Qonşu ölkələrdə müalicə alıb qayıdan xəstələrlə rastlaşırıq. O xarici ölkələrdə edilən səhvləri düzəltməyə çalışırıq”-deyə deputat vurğulayıb.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...