Modern.az

\"Səbail\" daha bir futbolçunun müqaviləsinin müddətini UZATDI

\

5 İyun 2024, 17:45

"Səbail" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Modern.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rüfət Abdullazadə ilə yeni - 2 illik müqavilə imzalanıb.

23 yaşlı yarımmüdafiəçi Bakı təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə meydana çıxdığı 35 oyunda (2015 dəqiqə), 6 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, Bakı təmsilçisi buna qədər Ağabala Ramazanov və Adil Nağıyevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyevlə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!