Modern.az

Beynəlxalq Dəniz Təşkilatı ilə əməkdaşlıq müzakirə edildi

Beynəlxalq Dəniz Təşkilatı ilə əməkdaşlıq müzakirə edildi

Aktual

5 İyun 2024, 17:56

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominquez ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

 

“Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominquez ilə görüşdük. Ölkəmizdə dənizçilik sahəsində həyata keçirilən yeniliklər və planlaşdırılan işlər haqqında məlumat verdik. Qarşılıqlı məqsədlərimizə nail olmaq üçün IMO ilə potensial əməkdaşlığı müzakirə etdik”, - paylaşımda qeyd olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!