Modern.az

Deputat Elmlər Akademiyasına ayrılan pulun alimlərə aid olmadığını AÇIQLADI

Deputat Elmlər Akademiyasına ayrılan pulun alimlərə aid olmadığını AÇIQLADI

13 Noyabr 2013, 18:43


“Azərbaycan alimlərinə irad tutmaq yox, onların maddi vəziyyətinin yaşılaşmasına çalışmaq lazımdır. Bu potensial tükənsə bəs kim bizim elmimizi beynəlxalq aləmdə təmsil edəcək?”.

 Modern.az bildirir ki, bu sözləri Milli Məclisin büdcə ilə bağlı müzakirələrində çıxş edən deputat Gövhər Baxşəliyeva deyib.

  Deputatın sözlərinə görə, elmi müəssisələr günün tələbinə cavab vermir. Elmi işçilərin məvacibi orta aylıq əməkhaqqından da aşağıdır. “Qonşu Rusiyada elmi dərəcəsi olmayan elmi işçi 1000 dollardan çox əməkhaqqı alırlar. Bizdə isə çox azdır. Gənc alimlərin maddi vəziyyəti ürəkaçan deyil. Elm adamları xalqın sərvətidir. Biz bu sərvəti itirməməliyik. Və bundan istifadə etməliyik ” Deputat bildirib ki, Elmlər Akademiyasına maliyyə buraxılır. “Amma bu pullar alimlərin sosial təminatı üçün deyil”. 

G.Baxşəliyeva qeyd edib ki,  islahat aparılacaqsa tez aparılmalıdır. Hər il gecikdirilməməlidir.

Aytən Əliyeva  
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır