Modern.az

“Beynəlxalq təşkilatların Azərbaycandakı layihələrinə maliyyə nəzarəti yoxdur”

 “Beynəlxalq təşkilatların Azərbaycandakı layihələrinə maliyyə nəzarəti yoxdur”

13 Noyabr 2013, 19:00

Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev çıxış edərək müxtəlif məsələlərə toxunub. Modern.az-ın məlumatına görə, A.Quliyev Azərbaycanın beynəlxalq təşkilatlarda üzvlük məsələsindən danışaraq deyib: 

“Beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri  20 milyon manatdır. ATƏT PA-ya üzvlük haqqı – 1470 avrodur. Bu məbləğin artırılmasına ehtiyac var”.

Deputat beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələrdən də söz açıb:

“Beynəlxalq təşkilatların Azərbaycanda həyata keçirdikləri layihələrə maliyyə nəzarəti yoxdur. Bunun üçün maliyyə nəzarəti mexanizmləri yaradılmalıdır. Məsələn, xarici təşkilatlar Azərbaycanda birgə əməkdaşlıq etdikləri təşkilatları da maliyyənin idarə olunmasında iştirakını təmin etməlidirlər. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bunu etmirlər.

Məsələn, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda Sosial- İqtisadi İnkişaf Fəaliyyəti layihəsini İqtisadi İnkişaf Nazirliyi (İİN) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirir. Lakin  nazirlik layihənin maliyyə idarəetməsində iştirak etmir. Nəzərinizə çatdırım ki, 14,4 milyon dollarlıq büdcəsi olan layihənin 7,2 milyonu dövlət büdcəsindən  maliyyələşdirilir. Bu cür mexanizmin qurulması şəffaflığın təmin edilməsi üçün olduqca vacibdir”.

Azay Quliyev deyib ki, rayonlarıni işğal günündə hər il Bakıda və bölgələrdə müxtəlif tədbirlər həyata keçirilir. Bunlar edilməlidir,  amma yaxşı olar ki, bu tədbirlər hər rayonun işğalı ilə əlaqədar xaricdə, xüsusilə beynəlxalq təşkilatların qarşısında həmin sakinlərin iştirakı ilə keçirilsin.
"Bu məqsədlə hər rayonun büdcəsində ayrıca xəttlə vəsait nəzərdə tutulsun. Bu barədə Əli Həsənovun da təklifləri var"-deyə o, bildirib.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır