Modern.az

"Beşiktaş"ın yeni baş məşqçisi 

İdman

5 İyun 2024, 21:37

Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi məlum olub.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi niderlandlı Ciovanni van Bronkhorstla anlaşıb.

 

50 yaşlı mütəxəssislə 2+1 illik rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Ciovanni van Bronkhorstun son klubu 2022-ci ildə yollarını ayırdığı Şotlandiyanın "Qlazqo Reyncers" komandası olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI