Modern.az

Saxta araq içən 8 nəfər ÖLDÜ

Saxta araq içən 8 nəfər ÖLDÜ

6 İyun 2024, 07:27

Mərakeşin Rabat şəhəri yaxınlığındakı qəsəbələrdən birində kustar üsulla hazırlanan araqdan kütləvi zəhərlənmə qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində yüzdən çox adam zəhərlənib, 8 nəfər ölüb. Xəstəxanaya yerləşdirilənlərdən 82 nəfərin vəziyyəti ağırdır. Onların arasında saxta içkini hazırlayan 2 nəfər də var. Tibbi ekspertiza intoksikasiyaya metil spirtinin (metanol) səbəb olduğunu aşkara çıxarıb.

Nəzəri olaraq Mərakeş qanunvericiliyini spirtli içki satışını qadağan etsə də, bar və restoranlarda, həmçinin böyük marketlərdə içki yarıgizli şəkildə satılır. Ötən il ölkədə kustar üsulla hazırlanan araq bir hadisədə 19, digər hadisədə isə 7 nəfərin ölümünə səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!