Modern.az

Uşaq geyimləri mağazasında endirim fırıldağı aşkarlanıb

Uşaq geyimləri mağazasında endirim fırıldağı aşkarlanıb

13 Noyabr 2013, 21:01

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan pr., ev 33 ünvanında fəaliyyət göstərən fiziki şəxs Musayeva Gülcahan Əhməd qızına məxsus "Neyjen" adlı uşaq geyimləri mağazasında aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Xidmətdən Modern.az-a verilən məlumata görə, mağazanın giriş hissəsində “10-50% endirim” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Elçin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır