Modern.az

MİQ imtahanında qüsurlu suallar olub? - Agentlik direktoru danışdı

MİQ imtahanında qüsurlu suallar olub? - Agentlik direktoru danışdı

Təhsil

6 İyun 2024, 11:24

Müəllimlərin işə qəbulu imtahanında sualların hazırlanmasında iştirak edən şəxslər ciddi proseslərdən keçir.

 

Modern.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

 

"İmtahan suallarında hansısa çətinliyin, müzakirə doğuran halların olması təbii ki, bizim üçün də yaxşı hal deyil. Hansısa bir faiz suallarda texniki qüsurların olması arzuolunan deyil, lakin biz bunun aradan qaldırılması üçün iş aparırıq. Ötən il sualların məzmununda ən az sayda səhv aşkarlanan imtahanı keçirmişik" - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış