Modern.az

Altay Göyüşov tələbələrə çağırış edib

Altay Göyüşov tələbələrə çağırış edib

13 Noyabr 2013, 23:30

BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti, ilahiyyatçı alim Altay Göyüşovun işdən çıxarılması xəbəri universitet tələbələri arasında birmənalı qarşılanmayıb.
Modern.az xəbər verir ki, tələbələr A.Göyüşovun işdən çıxarılmasına etiraz əlaməti olaraq dərsləri boykot edəcəklərini bəyan ediblər. Bununla bağlı sosial şəbəkələrdə status paylaşımları da edilib.

Hətta bu gün BDU-nun Tarix fakültəsinin 4-cü kurs tələbələri dərsə girməkdən imtina ediblər. Nəticədə universitetin prorektoru Sani Haciyev tələbələrlə akt zalında görüşməyə məcbur olub. O, tələbələrə deyib ki, Altay müəllimdən işə gəlmədiyinə görə İlahiyyat fakültəsində olan yarımştatla əlaqədar ərizə yazmaq istənilib. Prorektor A.Göyüşovun ümumiyyətlə universitetdən çıxarılmasından söhbət getmədiyini qeyd edib və bildirib ki, noyabrın 14-də onun Tarix fakültəsində dərsi var.

Tələbələrin etiraz aksiyalarına Altay Göyüşovun özü də münasibət bildirib. “İndi postlarınızı diqqətlə oxudum. Tələbələrə təşəbbüs göstərib məni dəstəklədiklərinə görə dərin minnətdarlığımı bildirirəm. Çox-çox sağ olsunlar. Hamısından artıq dərəcədə xahiş edirəm ki, dərslərindən qalmasınlar!”-deyə A.Götyüşov Facebook-da tələbələrinə çağırış edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır