Modern.az

14 noyabr Aşura günüdür

14 noyabr Aşura günüdür

13 Noyabr 2013, 23:40


14 noyabr Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid olub. Onlar, Yezid ibn Müaviyyənin ordusu tərəfindən qətlə yetirilib.

Dünya müsəlmanları o vaxtdan Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər. Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.

Bu gün insanlar məscidlərə gedib, nəzir verir və ehsan paylayır. Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.
Qafqaz Müsəlmanları İdarəsinin və Səhiyyə Nazirliyinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyasları keçirilir. Noyabrın 14-də Bakıdakı В.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuzioloqiya İnstitutunda, habelə Bakıdakı Təzəpir, Mirmövsüm ağa, İçərişəhər Cümə, Hacı Soltanəli və Keşlə qəsəbə məscidlərində qanvermə aksiyaları keçiriləcək. Qanvermə aksiyaları həmçinin Sumqayıt, Lənkəran, Şəki və Bərdənin məscidlərində də təşkil olunacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır