Modern.az

Gürcüstan DTX-dən İŞİD-ə qarşı əməliyyat

Gürcüstan DTX-dən İŞİD-ə qarşı əməliyyat

6 İyun 2024, 13:57

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində xüsusi antiterror əməliyyatı keçirib. Nəticədə İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən iki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, xüsusi əməliyyat Batumi şəhərinin iki hissəsində eyni vaxtda keçirilib. Saxlanılan şəxslərdən pulemyotlar, tapançalar, əl qumbaraları, “İslam dövləti”nin rəmzləri" və digər maddi sübutlar götürülüb.

Saxlanılan şəxsləri 10 ildən 17 ilə qədər həbs cəzası gözləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...