Azərbaycan Ordusunun əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Şahmərdanov Müseyib Şahin oğlu tabeliyindəki avtomat silahla özünü vurub. Nəticədə güllə yarası alan əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Qeyd edək ki, M. Şahmərdanov Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
***
Ordumuzun əsgəri, 19 yaşlı Elman Süleymanovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə E. Süleymanovun əsgər yoldaşı, 19 yaşlı Natiq Əsədova dəyib. N Əsədov hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.