Modern.az

Qafqazın ilk özəl Pediatriya Mərkəzinin açlışı olub - FOTO

Qafqazın ilk özəl Pediatriya Mərkəzinin açlışı olub - FOTO

Aktual

6 İyun 2024, 14:46

İyunun 1-də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Qafqazın ilk ana və uşaq mərkəzi olan, 25 illik təcrübəyə malik Leyla Medical Center-in nəznində fəaliyyət göstərən müasir tibbi standartlara cavab verən Pediatriya Mərkəzinin açılışı olub. Açılış mərasimində  bir sıra tanınmış səhiyyə adamları ilə yanaşı, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri də iştirak edib.

 

Modern.az xəbər verir ki, Mərkəz tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans Medical Group daxilində fəaliyyət göstərən Leyla Medical Centerin Pediatriya Mərkəzi Türkiyə, o cümlədən Avropanın inkişaf etmiş ölkələrinin “Pediatriya” mərkəzlərinin təcrübəsi əsasında formalaşdırılıb. Bu, Qafqazda yaradılan ən böyük Pediatriya mərkəzidir.  Burada peşəkar həkimlər və xüsusi pediatrik komanda  7/24 fasiləsiz tibbi xidmət göstərməkdədir.

 

Beynəlxalq standartlara cavab verən ən müasir avadanlıqlarla təchiz edilmiş Mərkəzdə, xaricdə təhsil almış təcrübəli pediatrlar, uşaq cərrahları və digər ixtisas həkimləri (uşaq nevrologiyası, uşaq allerqollogiyası, uşaq endokrinologiyası, və.s) tərəfindən pediatrik xidmətlər göstərilir.

 

Həmçinin Mərkəzdə planlı peyvəndlər, ünvanda tibbi xidmət, yenidoğulmuşların müxtəlif laborator testləri, ən münasib və geniş pediatrik “check up“lar, instrumental müayinələr və 16 yaşa qədər uşaqların rutin müayinələri və müalicəsi həyata keçirilir.

 

Qeyd edək ki, Leyla Medical Centər-də, Pediatrik Təcili Tibbi Yardım  və   süni tənəffüs aparatı ilə təchiz edilmiş və yenidoğulmuşların daşınmasında istifadə olunan "TRANSPORT KÜVEZ" xidmətləri mövcuddur. Yeni doğulmuş körpələrinizi istənilən klinikadan Leyla Medical Center-ə ya da hər hansı bir klinikaya transfer xidmətləri göstərilir.

 

Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp: +994 55 455 0111

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!