Modern.az

Rejissor-aktyor Əbdül Mahmudov ANS-də fəhləlik etməyə də hazırdır

Rejissor-aktyor Əbdül Mahmudov ANS-də fəhləlik etməyə də hazırdır

14 Noyabr 2013, 10:31

Bir müddət əvvəl ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev Şah İsmayıl Xətai haqqında film çəkəcəyini elan etmişdi. Bundan sonra V.Mustafayevin ideyasına qarşı çıxan rejissor-aktyor Əbdül Mahmudov sonradan ANS-in dəvətini qəbul etdi və layihənin iştirakçısı oldu. “Filmi onlar çəkirdilər. Sadəcə mən ora bir xətaişünas kimi dəvət almışdım. Onlara dəstək olacaqdım”, – deyə Modern.az-a yeni açıqlamasında Əbdül Mahmudov bildirib.
“Hələlik layihənin icrası dayanıb. Çox ağır təşkilatı, çox böyük xərc tələb edən bir işdir. Yəqin ki, ANS öz imkanlarını ölçüb-biçib inşallah bir qərar qəbul edəcək. Mən həyatımın 30 ilini Şah İsmayıla ithaf edən bir adam kimi arzusundayam ki, o film çəkilsin, ərsəyə gəlsin. Hətta Xətai haqda başqa kim film çəksə, ona fəhləlik də etməyə hazıram. Mən Xətai haqqında çox geniş tədqiqat işi aparıb böyük bir ssenari hazırlamışam. O ssenarini böyük məmnuniyyətlə, canla-başla Mir Şahin və Vahid müəllimə hədiyyə eləməyə hazıram”.

 

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır