Modern.az

"Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlandı

İdman

6 İyun 2024, 16:42

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat jurnalın sosial şəbəkə hesablarında paylaşılıb.

 

Mərasim oktyabrın 28-də Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.

 

Qeyd edək ki, ötən il “Qızıl top” mükafatını Lionel Messi qazanıb. ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən argentinalı ulduz futbolçu səkkizinci dəfə bu mükafata sahib çıxıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI