Modern.az

Ötən gün həlak olan hərbçimiz dəfn edildi - FOTOLAR

Ötən gün həlak olan hərbçimiz dəfn edildi - FOTOLAR

Aktual

6 İyun 2024, 17:38

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin və hərbçimizin xidmət etdiyi N saylı hərbi hissənin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti iştirak ediblər.

 

Sənan Əhmədov rayon qəbiristanlığında dəfn olunub.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nurəddin oğlu iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

 

Ötən gün həlak olan hərbi qulluqçumuz dəfn edilib - FOTOLAR

Ötən gün həlak olan hərbi qulluqçumuz dəfn edilib - FOTOLAR

Ötən gün həlak olan hərbi qulluqçumuz dəfn edilib - FOTOLAR

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!