Modern.az

Prezident daxili işlər nazirinə və Sərhəd Xidmətinin rəisinə töhmət verdi

Prezident daxili işlər nazirinə və Sərhəd Xidmətinin rəisinə töhmət verdi

7 İyun 2024, 08:17

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkənin daxili işlər naziri Məhəmməd Xıdırova xidməti vəzifələrini lazımınca yerinə yetirmədiyinə və işində yol verdiyi nöqsanlara görə töhmət verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, bu barədə qərarı dövlət başçısı ölkənin Dövlət Təhlükəsizlik Şurasında elan edib.

 

Berdiməhəmmədov xidməti vəzifələrini lazımınca yerinə yetirmədiyinə və işində yol verdiyi nöqsanlara görə Türkmənistan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Yazgəldi Nuriyevə də sərt töhmət verib.

 

Qeyd edək ki, Xıdırov 2022-ci ilin aprelində daxili işlər naziri, Nuriyev isə 2021-ci ilin yanvarında Sərhəd Xidmətinin rəisi təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...