Modern.az

Prezident seçilsəm, Ukraynadakı münaqişəni həll edəcəyəm – Tramp

Prezident seçilsəm, Ukraynadakı münaqişəni həll edəcəyəm – Tramp

7 İyun 2024, 10:16

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ikinci müddətə yenidən seçiləcəyi təqdirdə inauqurasiyadan əvvəl Ukraynada sülhə nail olacağına söz verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp ABŞ-ın “Merit Street Media” telekanalına müsahibəsində deyib:

“Mən vəzifəyə başlayana qədər problemlə məşğul olacağam və Ukraynadakı münaqişəni həll edəcəyəm. Çünki seçilmiş prezident kimi mənim böyük səlahiyyətlərim olacaq”.

Eyni zamanda Tramp qeyd edib ki, Ukraynada vəziyyət daha ​​da pisləşir.

 “Onlar indi silah alırlar ki, Rusiyanın dərinliklərinə zərbələr endirə bilsinlər. Bütün bunlar hara gedir?”, - deyə siyasətçi vurğulayıb.

“Ölkəmiz dünya müharibəsinə cəlb olunmaq kimi böyük təhlükə altındadır. Bizim prezident (Co Bayden) bununla məşğul olmamalıdır”, - deyə Tramp əlavə edib.

ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...