Modern.az

Yuxarı Əskipara məktəbi bağlanır? - Rəsmi AÇIQLAMA

Yuxarı Əskipara məktəbi bağlanır? - Rəsmi AÇIQLAMA

Təhsil

7 İyun 2024, 10:50

Sosial şəbəkələrdə Qazax Rayon A.Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbinin bağlanacağı barədə iddialar yayılıb. 

 

Modern.az məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu göndərib.

 

Qurumdan saytımıza verilən açıqlamada qeyd olunur ki, hazırda məktəbin bağlanması müzakirə edilmir.

 

"Hazırda sözügedən məktəbin bağlanması müzakirə edilmir. Belə bir qərar qəbul edilərsə, ilk növbədə uşaqların müvafiq qaydada təhsilalma hüququ təmin edilməklə, kollektiv üzvlərinin də məşğulluğu nəzərə alınacaq", - İdarədən bildirilib.

 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək