Modern.az

Azay Quliyev transmilli korporasiyaları hədəfə aldı

Azay Quliyev transmilli korporasiyaları hədəfə aldı

14 Noyabr 2013, 12:12

“Transmilli korporasiyalar Azərbaycan ictimaiyyətinin təkliflərini iqnor etməkdə davam edirlər”. Deputat Azay Quliyev Modern.az-a açıqlamasında belə deyib. O, transmilli korporasiyaların sosial layihələrə dəstək verməməyindən şikayətlənib.

A.Quliyevin sözlərinə görə, transmilli korporasiyalar üzərilərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmirlər.
“Bununla bağlı müqavimət lazımi səviyyədə olmadı. Problem həm də bu sahədə şəffaflığın yoxluğudur. Onlar istədiyi adama, istədiyi şirkətə investisiya verirlər. Bu hansı nəticələrə gətirib çıxarır? İctimaiyyəti niyə məlumatlandırmırlar?”.

Layihələrin şirkətlərin götürdüyü öhdəliklər çərçivəsinə uyğun həyata keçirilmədiyini deyən A.Quliyev bildirib ki, layihələr öhdəliyin çərçivəsinə uyğun olaraq həyata keçirilmir. Bu da çox ciddi sual yaradır. Həmin layihələr davamlı olmur.
“Təəssüf ki, onların çoxu korporasiyaların maraqlarına xidmət edən layihələr olur. Yəni gördüyün işlərə müəyyən mənada ictimai nəzarət həyata keçirilməməsi həmin maraqların qorunması, kimlərisə susdurmaq məqsədilə həyata keçirilən layihələrdir. Bütövlükdə sosial məsuliyyət anlayışına uyğun deyil”.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır