Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Gürcüstanın işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin və qaçqınların Abxaziya və Sxinvalidəki evlərinə qayıtmaq hüququnu tanıyan qətnamə qəbul edib.
Qətnamə 103 lehinə, 9 əleyhinə və 53 bitərəf səslə qəbul edilib.
Ötən illə müqayisədə qətnaməni dəstəkləyən səslərin sayı 100-dən 103-ə yüksəlib. Qonşu Ermənistan və Azərbaycan da qətnamənin lehinə səs verib.
Rusiya, Belarus, Burundi, Kuba, Mali, Nikaraqua, Şimali Koreya, Suriya və Zimbabve əleyhinə səs verib.
Modern.az saytı səsvermənin nəticələrini əks etdirən cədvəli təqdim edir: