Modern.az

Bakıda ticarət mərkəzindən oğurluq

Bakıda ticarət mərkəzindən oğurluq

Aktual

7 İyun 2024, 11:25

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 475 manat dəyərində geyim əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-dən Modern.az-a bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən 58 yaşlı A.İsgəndərov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

O, araşdırma aparılması üçün 10-cu Polis Şöbəsinə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!