Modern.az

Spiker deputatlara irad tutdu: \"Bir-birinizə qulaq asın\"

Spiker deputatlara irad tutdu: \

7 İyun 2024, 12:18

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deputatlara irad tutub.

 

Modern.az xəbər verir ki, spiker deputatlara büdcə ilə bağlı qanuna ciddi yanaşmalarını istəyib.

 

“Bunlar çox ciddi qanun layihələridir, ciddi də münasibət tələb olunur”, - o, 2024-cü il dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

 

Spiker qanun layihəsinin müzakirəsində diqqətli olmağa çağırıb: “Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıb. Xahiş edirəm, bir-birinizə qulaq asın”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu