Modern.az

Azərbaycan səfiri məşhur “Paxtakor” klubunu Bakıya gətirir

Azərbaycan səfiri məşhur “Paxtakor” klubunu Bakıya gətirir

14 Noyabr 2013, 12:55

Modern.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyevin 90 illiyi münasibəti ilə silsilə tədbirləri davam etdirir.  Azərbaycan səfirliyi  yubiley tədbirləri çərçivəsində  Azərbaycan Respublikası Milli Məclisinin deputatları, alim və ziyalıları, eləcə də incəsənət xadimlərinin Daşkənddə Azərbaycan diasporu və özbəkistanlı həmkarları vasitəsi ilə görüşlərini təşkil edib. Bundan əlavə isə may ayının əvvəllərində Özbəkistan Respublikasında  qeydiyyatda olan diplomatik korpusun  nümayəndələri və xarici ölkə səfirlərinin  Azərbaycanla tanışlıq məqsədi ilə  Bakıya səfərləri təşkil olunub. Səfər çərçivəsində qonaqlara Şəhidlər Xiyabanında, Heydər Əliyev Fondunda və eləcə də Fəxri xiyabanda olublar.

 Yadda qalan görüşlərdən biri isə Azərbaycanın “Neftçi” klubunun veteranlarının Özbəkistanın “Paxtakor ”  klubunun futbolçuları ilə  Daşkənddəki görüşləri olub.  Görüş çərçivəsində  veteran idmançılar Daşkənddə simvolik futbol  yarışı keçiriblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Modern.az-a bildirib ki,  səfirliyinin təşəbbüsü ilə  “Paxtakor” futbol klubunun  veteran idmançılarından ibarət 17 nəfər heyət  Qriqoriy Seytulin, Berdar Abduraimov, Rustam Durmanov,  Tulyaqan İsakov, Yorkin Nazarov, Şuxratcan Rahmanqulov, Gennadiy Denisov,  İqor Şikirin, Mustafa Belyalov, Uluqbek Ruzimov, Anvar Raşidov, Azamat Abduraimov, Baxtiyer Eşmuradov, Aleksandr Sazanov, Andrey Miklyayev, Murodjon Əliyev, Ravşan Bazarov  Bakıya gəlir. “Paktakor”un veteran oyunçuları  “Neftci”nin  veteran oyunçuları ilə qardaşlıq görüşü keçiəcəklər.  Oyun noyabrın 16-da olacaq.




Ləman Ağayeva
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır