“Bu gün mənzil-istismar sahələrinin (MİS) arayış verməkdən başqa işi yoxdur. Halbuki büdcədən bu sahəyə 28 milyon manat pul ayrılır. Fikrimcə, mənzil istismar idarələri bələdiyyələrə verilməli və o, pul bələdiyyələrə ayrılmalıdır”. Modern.az-ın məlumatına görə, bunu Milli məclisin bu gün keçirilən iclasında büdcə layihəsinin müzakirəsi zamanı deputat Kamilə Əliyeva deyib.
O, seçildiyi rayondakı problemlərdən də danışıb. “Zaqatala insanların istirahəti üçün önəmli turizm rayonudur. Amma bu rayonda turizmin inkişafı üçün heç bir iş görülmür. Üzümü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə tutub xahiş edirəm ki, rayona diqqəti artırsın. Büdcədən bu rayonda turizm sektorunun inkişaf etdirilməsi üçün əlavə pul ayrılmasını təklif edirəm”.
Modern.az