Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev müəllimlərin əməkhaqları məsələsinə toxunub. Deputat deyib ki, 2014-cü ilin büdcəsi həm sosial, həm də iqtisadi yönümlüdür.
”Tam əminliklə deyə bilərəm ki, təhsil və elmə ayrılan vəsait həmin sahələrin inkişafı üçün yetərlidir. Söhbət o vəsaitin lazımınca istifadə edilməsidir. Bu gün təhsil sistemində ciddi islahatlar həyata keçirilir. Bu islahatlar başa çatdıqdan sonra müəllimlərin əməkhaqqının artımından danışmaq olar. Amma bu gün bundan danışmaq tezdir. Çünki, vəsait yoxdur. “Elm siyasəti haqqında” qanun hazırdır və yaxın günlərdə müzakirəyə çıxarılacaq. Qanunvericilik olmadan elm sahəsində islahatlardan danışmaq nəticə verməyəcək. Orada ciddi dəyişikliyik aparmaq üçün qanunvericilik bazası yaradılmalıdır. Bu qanun qəbul edildikdən sonra elm sahəsində ciddi işlər aparılacaq”.
Aytən Əliyeva