Modern.az

Qustavo Petro COP29-a dəvət edildi 

Qustavo Petro COP29-a dəvət edildi 

7 İyun 2024, 18:30

Kolumbiya Prezidenti Qustavo Petro bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycanın Kolumbiyadakı səfirliyinin nümayəndəsi Namik Ramazanov COP29-da iştirakla bağlı Prezident Qustavo Petroya ünvanlanmış dəvət məktubunun əslinin bir neçə gün öncə səfirimiz tərəfindən Prezidentin İnzibati Departamentinin müdirinə təqdim edildiyini bildirib.

 

Dövlət başçısı dəvətə görə minnətdarlığını ifadə edib, COP29-da iştirak məqsədilə Bakıda olacaqlarını vurğulayıb.

 

Azərbaycanlı diplomat Kolumbiya Prezidentini ölkəmizdə görməkdən çox məmnun olacağımızı qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər