Modern.az

Hadı Rəcəbli: "Gələn il 346 min vətəndaş əlillik təqaüdü alacaq"

Hadı Rəcəbli: "Gələn il 346 min vətəndaş əlillik təqaüdü alacaq"

Təhsil

14 Noyabr 2013, 13:55

“1 milyon 300 min insanın vəziyyətinin yaxşılaşmasına xidmət edən və həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb”. Bunu Milli Məclisin iclasında  Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcə layihəsinin müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib.

“Bu artım iqtisadiyyatda çalışan işçilərin əmək müqaviləsinin bağlanması hesabına baş verib”.  

Azərbaycanda əlilliyin artması məsələsinə toxunan komitə sədri deyib ki, dünya praktikasında ölkə əhalisinin 10 %-nin əlil statusu alması normal hesab olunur. 2008-ci ildə 286 min insan əlilliyə görə təqaüd alırdısa, gələn ilə proqnozlaşdırılan rəqəm 346 min nəfər təşkil edəcək. 6 ilə bu rəqəm təxminən 61 min nəfər artıb.

Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev bildirib ki, 2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 mlrd. 928 mln. manat proqnozlaşdırılır ki, bu göstərici 2013-cü il proqnozuna nisbətən 11,2 faiz və ya 295,8 mln. manat çoxdur.

“Gəlirlərin 60,8 faizini və ya 1 mlrd. 784 mln. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2013-cü il proqnozuna nisbətən 14,9 faiz artım deməkdir. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 mln. manat olacaq”.
Onun sözlərinə görə, Fondun xərcləri gələn il üçün 2 mlrd. 928,5 mln. manat proqnozlaşdırılır. “Bu isə 2013-cü ilin proqnozuna nisbətən 295,8 mln. manat və ya 11,2 faiz çoxdur. Bu vəsaitdən əhaliyə ödənişlər 2 mlrd. 861,8 mln. manat təşkil edəcək. Əmək pensiyalarının ödəniş xərcləri əhaliyə ödənişlərin 97,4 faizi qədər olacaq. Pensiya ödənişlərinə 2 mlrd. 788,6 mln. manat yönəldiləcək. Bu da 2013-cü illə müqayisədə 11,5 faiz və ya 288,3 mln. manat artım deməkdir” - deyə Elman Mehdiyev bildirib.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır