Modern.az

Ağaclar aşdı, magistral yol bağlandı

Ağaclar aşdı, magistral yol bağlandı

Hadisə

8 İyun 2024, 09:23

Yevlax- Zaqatala- Gürcüstan magistral yolunun Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

 

Modern.az xəbər verir ki, buna səbəb irigövdəli ağacların magistral yola aşmasıdır.

 

Belə ki, axşam saatlarında əsən güclü külək səbəbindən irigövdəli ağaclar magistral yola aşıb.

 

Nəticədə Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsi nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

 

Hazırda yolun açılması istiqamətində işlər aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU