Modern.az

Salyanda ağır qəza - Xəsarət alanlar var

Salyanda ağır qəza - Xəsarət alanlar var

Hadisə

8 İyun 2024, 09:30

Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Modern.az-ın məlumatına görə, hadisə rayonun Stansiya yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, “Jiqulu” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1998-ci il təvəlüdlü Məmmədli Fərid Elşən oğlu və 2003-cü il təvəllüdlü Ələkbərov Ceyhun Seymur oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir