Modern.az

“Bakıelektrikşəbəkə” borclu abonentlərlə bağlı reydləri başa çatdırır

“Bakıelektrikşəbəkə” borclu abonentlərlə bağlı reydləri başa çatdırır

Təhsil

14 Noyabr 2013, 14:11


“Xəbərdarlıqdan sonra ödəmələrdə artım müşahidə olunur”. Modern.az-a açıqlmasında “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin sədri Tanrıverdi Mustafayev bildirib.

Qeyd edək ki, noyabrın 8-də “Bakıelektrikşəbək”ə borclu abonentlərə xəbərdarlıq edərək reydlərə başlayacağını və ödəniş etməyən abonentlərə elektrik enerjisi verilişinin dayandırılacağını bəyan etmişdi.

“Artıq Bakı şəhəri üzrə reydlər yekunlaşmaq üzrədir. Borclu fiziki şəxslər, yəni əhali istehlakçı qrupu yay mövsümündə əsasən bağ evinə köçdüyü, ezamiyyətdə, yaxud məzuniyyətdə olduğundan borcunu ödəməmişdi. Xəbərdarlıqdan sonra isə ödəmələr sürətli artıb”, – deyən T.Mustafayev, kommunal xərclərin artırılacağı məsələsinə də münasibət bildirib:
“Biz qanunlarla icra edən strukturuq, hökumət hansı dəyişikliyi edirsə, qanunun çərçivəsində həmin göstərişləri yerinə yetiririk”.

 

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır