Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə səfərini davam edən erməni prezident Serj Sərkisyan bu gün cəbhə xəttinin cənub istiqamətindəki döyüş mövqelərinə və hərbi hissələrə baş çəkib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, daha sonra S.Sərkisyan və onu müşayiət edən separatçı rejimin rəhbəri Bako Saakyan və Ermənistanın müdafiə naziri Seyran Ohanyan “Batalyonun müdafiəyə keçməsi” mövzusunda motoatıcı döyüş birliyinin təlimini izləyib.
Səfərin ardı olaraq hərbi hissədə yeni kazarmaların açılışında iştirak edən Ermənistan prezidenti Xankəndində ordu komandanlığının iştirakı ilə geniş iclas keçirib.
Artıq 3 gündür ki, Qarabağda olan Sərkiksyanın səfəri hələ də davam edir.
Vüqar İsmayılov