“Milli Məclisin özünün balansında olan ofislər olmalıdır. İcra orqanlarının deputatları xidməti telefonla təmin etməsi lazımdır. Bəziləri deyə bilər ki, millət vəkilləri tutduğu vəzifəyə görə imkanları var. Onlar özləri bunu həll edə bilərlər. Təklif edirəm ki, icra hakimiyyəti orqanları vasitəsi ilə razılaşdırılmış mülkiyyət olsun”. Bunu Milli Məclisdə müzakirələr zamanı vitse-spiker Bahar Muradova millət vəkillərinə əlavə imtiyazların verilməsi barədə çıxışı zamanı deyib.
Modern.az-ın məlumatına görə, vitse-spiker qeyd edib ki, bu gün rayonlarda inkişaf var.
“Hər bir deputat üçün hər bir regionda ofis tikilsin. Hökumətdən bu istiqamətdə bizə kömək edilsin. Qarşıdakı illərdə biz bunu həyata keçirə bilərik. Ən azı 2015-ci il seçilən deputatların regionlarda işləməsi üçün belə şərait yaradıla bilər. Eyni zamanda ofislərdə personalın saxlanması, dəftərxana işləri və s. bunu millət vəkilinə ayrılmış bir müavinət çərçivəsində həll etmək mümkün deyil. Bu müavinətin artırılması söhbət mövzusu deyil. Sadəcə müavinətin necə xərclənməsinin hesabatlılığını təmin edək. Bu edilmir və bu xərcin necə xərclənməsi bəlli deyil. Kimlərsə bunu nəqliyyat və başqa sahələr üçün istifadə edir. Millət vəkilinin maşını yoxdur. Varsa o sürücü tutmalıdır. Bizə xidmət edən sürücülərin sosial hüquqları pozulur. Sosial ödəmələr həyata keçirilmir, bu insanın gələcək pensiya məsələsi, sığortası həyata keçirilmir. Bütün bunlar problemdir. Bu problemi həll etmək lazımdır. Bizim qərargahların şəxsi və ya digər qurumlara aid olması bizim yerlərdə nüfuza da ziyan vurur. Gənclər mərkəzində olan deputat ofisini sabah digər yerə köçürülür. Bütün nömrələr üzrə telefon danışığı ödənilir deputatın otağının telefonu ödənilmir. Bəzən deputatın köməkçisi əşyaları qoltuğunda küçələrdə gəzir. Bu neçə il ərzində seçicilərin problemi, Azərbaycanla bağlı beynəlxalq miqyasda işlər görürüksə özümüzün problemimizi həll edə bilmərik? Bizim köməkçimiz yalnız maaş alır, onun da nəqliyyat problemi var. Onun kəndlə Bakı arasında xərclərini özü edir və ya bizim köməkliyimizlə edir və hüquqi əsasları yoxdur. Ölkə rəhbərliyinə, Maliyyə Nazirliyinə müraciəti ünvanlayaraq qarşıdakı illərdə problemi həll etməyi rica edirəm”.
Aytən Əliyeva