Modern.az

Deputatlar köməkçiləri və sürücüləri haqda: “Onlara da status və pensiya verilsin”

Deputatlar köməkçiləri və sürücüləri haqda: “Onlara da status və pensiya verilsin”

Parlament

14 Noyabr 2013, 15:05


Modern.az-ın məlumatına görə, Elmira Axundova Bahar Muradovanın deputatların köməkçilərinin maaşları barədə dediklərini təsdiqlədiyini deyib. “Biz hər zaman həkim müəllimlərin maaşından danışırıq. Amma Milli Məclisin əməkdaşlarının əmək haqqından danışmırıq, bundan utanırıq. Eləcə də bu dediklərim deputat köməkçilərinə də aiddir. Onları işə götürərkən diqqətlə araşdırırıq və işə götürürük. Çoxu əla universitet bitirmiş, bir neçə xarici dil bilən, hətta professor elmi dərəcəsi olan şəxsdir. Bahar xanımın dediklərinə qoşularaq və irəli gedərək deyirəm ki, deputat köməkçilərinə xüsusi status verilməlidir. Biz onlara 550 manat maaş veririk. Dövlət də hər bir köməkçiyə 30-40 min manat pul xərcləyir. Onları əla kadr kimi yetişdirir, xarici ölkələrə göndərir. Amma deputat gələn seçkidə seçilməyəndə bu köməkçilər işsiz qalırlar. Heç olmasa onları Milli Məclisə işə götürsünlər. Mən təklif edirəm ki, həmin bu 5 ildə onlara dövlət qulluqçusu statusu verilsin. Mən xahiş edirəm ki, deputat köməkçilərinin və Milli Məclis əməkdaşlarının maaşına heç olmasa gələn il baxaq”.

Millət vəkil Fazil Mustafa da Bahar Muradovanın təklifinə münasibət bildirib. O, qeyd edib ki, yerlərdə deputat ofislərinin olmaması problemlər yaradır. “Bir çox hallarda biz seçicilərimizi Milli Məclisin qəbul otağına çağırırıq. Bu isə uzun yol qət edilməsi deməkdir. Eyni zamanda o deputat sürücüləri məsələsinə də toxunaraq bildirib ki, o özü maşını idarə edir: “Onlara heç pensiya da yazılmır. Onların gələcəyi bəs necə olacaq? Sürücülərin də hüquqlarını müdafiə etməliyik.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...