Modern.az

ABŞ qoşunlarını bu ölkədən çıxarır

ABŞ qoşunlarını bu ölkədən çıxarır

8 İyun 2024, 23:30

Birləşmiş Ştatlar qoşunlarını Nigerdən çıxarmağa başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə respublikanın quru qoşunlarının qərargah rəisi, polkovnik Mamane Sani Kyau məlumat verib.

 

Onun sözlərinə görə, artıq 269 hərbi qulluqçu və 946 ton hərbi texnika ölkəni tərk edib.

 

Qeyd edək ki, ABŞ kontingentinin çıxarılması ilə bağlı razılıq bu il mayın ortalarında əldə olunub. Kontingent bu il sentyabrın 15-dək ölkəni tamamilə tərk etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal