Modern.az

Ərdoğan Esra Gezgincini mükafatlandırdı - FOTO

Ərdoğan Esra Gezgincini mükafatlandırdı - FOTO

8 İyun 2024, 09:39

Türkiyədə 8-ci Anadolu Media Mükafatları təqdim edilib.

 

Modern.az xəbər verir ki, NTV-də yayımlanan "Esrarengiz İstanbul" proqramının aparıcısı Esra Gezginci İlin Mədəniyyət və İncəsənət Proqramı kateqoriyasında mükafata layiq görülüb. 

 

Mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

 

 "Əvvəla, çox həyəcanlıyam, çünki prezidentimizdən mükafat almaq məni çox qürurlandırır və sevindirir. Məni bu mükafata layiq bildikləri üçün Anadolu Nəşriyyatçılar Federasiyasına və münsiflər heyətinə təşəkkür edirəm. İstər İstanbul, istərsə də Azərbaycan proqramlarında çox gərgin iş qrafikim var idi və zəhmətim bu böyük mükafatla taclandı. Sevdiyim işlə məşğul olaraq yaxşı işlər görməyə davam edəcəm. Mən təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün proqramlar planlaşdırıram və inşallah bu vəsilə ilə könüllü bir mədəniyyət elçisi kimi bütün dünyaya beş min ildən artıq türk mədəniyyətini tanıtmaq istəyirəm", - Esra Gezginci deyib.

 

Qeyd edək ki, Esra Gezginci, həmçinin "Esrarengiz Azerbaycan" proqramın müəllifi və aparıcısı olub.

 

Azərbaycana həsr olunan proqramda paytaxt Bakıdan başlayan çəkiliş ölkənin digər bölgələrində davam etdirilib. Verilişin çəkilişi zamanı Qarabağa səfər təşkil olunub.

 

Esra Gezginci verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə NTV izləyicilərinə ətraflı məlumat verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal