Modern.az

Ukrayna Xarkov istiqamətini daha da gücləndirəcək

Ukrayna Xarkov istiqamətini daha da gücləndirəcək

8 İyun 2024, 23:58

Ukrayna hərbçiləri Xarkov istiqamətini daha da gücləndirəcək.

 

Modern.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində söyləyib.

 

Zelenski bildirib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ilə cəbhədəki ümumi vəziyyəti müzakirə edib.

 

“Çox əhəmiyyətli nəticə odur ki, Rusiya ordusu Xarkov əməliyyatını həyata keçirə bilmədi”, - deyə dövlət başçısı vurğulayıb.

 

Sırski Zelenskiyə Donetsk vilayətindəki istiqamətlər barədə məlumat verib. Onun fikrincə, bu gün orada vəziyyət çətindir.

 

“Biz ordumuzu daha çox ehtiyatla təmin etməyə çalışırıq”, - deyə prezident əlavə edib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal