Modern.az

"Yuventus" Moratanı transfer etmək istəyir

İdman

9 İyun 2024, 13:41

"Yuventus" "Atletiko"nun  hücumçusu Alvaro Moratanı yenidən transfer edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb. Turin təmsilçisinin bu qərarı komandanın hücumçusu Arkadiuş Milikin zədə alması və təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalması ilə əlaqədardır. 

 

Bildirilir ki, ispaniyalı futbolçu A Seriya klubuna qayıtmaq qərarına gəlsə, maaşını azaltmalı olacaq.

 

31 yaşlı oyunçu artıq 2014-2016-cı illərdə, daha sonra isə 2020-2022-ci illərdə "Yuventus"da çıxış edib. Onun "Atletiko" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI