Modern.az

İldırım vuran hərbçilərimizə şəhid statusu veriləcək

İldırım vuran hərbçilərimizə şəhid statusu veriləcək

Ölkə

9 İyun 2024, 19:58

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu - mayor Elşən Baxışlı və əsgər Əli Nağıyev ildırım vurması nəticəsində həlak olublar. Hadisə hərbçilərimizin xidməti vaxtında baş verib.

 

Modern.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”ya bildirib ki, hərbi-hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı