“Həmsədrlik institutunun yaradılması Rüstəm İbrahimbəyov tərəfindən təklif olunub. Hesab edirik ki, bu, normal təklifdir. Cəmil Həsənli də bunu müdafiə edir. Milli Şuranın sədri razıdırsa, biz də bunu qəbul edirik”.
Bunu
Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü Gözəl Bayramlı deyib. AXCP funksioneri bildirib ki, Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı fikir ayrılıqlarının olması təbiidir:
“AXCP-də Rüstəm İbrahimbəyovun təklifi ilə bağlı fikir ayrılığı yoxdur. Kimlər ki, müdafiə etmir, buna özləri cavab verməlidirlər. Ola bilsin, onların arqumentləri daha güclüdür. Bunu heç də AXCP Müsavat arasında fikir ayrılığı kimi izah etmək düzgün deyil. Sadəcə olaraq, Milli Şurada həmsədrliyə müxtəlif baxışlar ola bilər”.
G. Bayramlı Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəylinin Milli Şuranın sədri R.İbrahimbəyovu istefaya çağırmasına münasibət bildirərkən deyib ki, onlar bu fikri səsləndiriblərsə, öz partiyalarının işidir.
İlkin PİRƏLİ