Modern.az

Əbülfəs Qarayev: “Biz sehrbaz deyilik”

Əbülfəs Qarayev: “Biz sehrbaz deyilik”

14 Noyabr 2013, 17:23

Mədəniyyət və turizim naziri Əbülfəz Qarayev millət vəkili Eldar Quliyevin iradlarına sərt reaksiya verib. Qeyd edək ki, milət vəkili Maştağa, Nardaran, Bilgəh, Zabrat qəsəbələrində son illər böyük sosial obyektlərin tikilməsi, təmir, asfalt yolların çəkilməsi üçün böyük işlər görüldüyünü, amma qəsəbələrdə mədəniyyət evlərinin və uzun müddətdir ki, bağlı və istifadəyə mümkünsüz olduğunu bildirib. O, mədəniyyət və turizm nazirindən bu mədəniyyət evlərinin təmiri məsələsini gündəliyə salınmasını xahiş edib.

Əbülfəz Qarayev isə deputatın bu xahişinə çox sərt cavab verib. Nazir Modern.az-a eksklüziv açıqlamasında əksər yerlərdə belə problemlərin olduğunu etiraf edib. O bildirib ki, bir ildə bütün Azərbaycanı dəyişdirmək mümkün deyil.

“Biz sehrbaz deyilik. Bir ildə bütün respublikanı dəyişdirə bilmərik. Odur ki, hər şeyin öz proqramı, dövrü var. Bütün bunların üzərində iş gedir. Tələsmək lazım deyil”.

 

Gültəkin ƏLƏSGƏR   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır