Modern.az

İranda prezidentliyə namizədlər teledebata ÇIXACAQ

İranda prezidentliyə namizədlər teledebata ÇIXACAQ

10 İyun 2024, 11:58

İranda keçiriləcək növbədənkənar prezident seçkilərinə buraxılan namizədlər arasında 5 canlı debatlar təşkil olauncaq.

Modern.az xəbər verir ki, namizədlər arasındakı debatlar İran Dövlət Televiziyasında canlı yayımlanacaq. Müzakirələrin mətnini isə “Mehr” Xəbər Agentliyi dərc edəcək.

Teledebatlar aşağıdakı ardıcıllaqla təşkil olunacaq:

1-ci debat 17 iyun bazar ertəsi günü;
2-ci debat 20 iyun cümə axşamı günü;
3-cü debat 21 iyun cümə günü;
4-cü debat 24 iyun bazar ertəsi günü;
5-ci debat 25 iyun çərşənbə axşamı günü.

Debatlar axşam saat 20.00-da başlayacaq və 00.00-a qədər davam edəcək.


İRNA-nın məlumatına görə, İran Seçki Qərargahının sözçüsü Möhsin İslami iyunun 9-da 14-cü prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb. Qeydiyyatdan keçən 80 nəfərdən 6-sının prezident seçkisinə buraxılması qərara alınıb.

Prezident seçkilərində iştirak etmək hüququ olan 6 namizəd aşağıdakı şəxslər olacaq:
 

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.


İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək. 

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal